"Turan" futbol klubunun 19 yaşı tamam olub. Siasport.az saytı xəbər verir ki, komanda 1992-ci ilin 13 fevralında yaradılıb. Bir çox yeniliklərə imza atan "Turan" Azərbaycan futbolunun tarixinə düşüb. Ölkə futbolunun beşiyi sayılan və müstəqil bayrağı Avropa və Şimali Amerikada dalğalandıran, idmanın bu sahəsinə yüzlərlə istedad bəxş edən "Turan" bu gün yaranma gününü qeyd edir. Bu münasibətlə bütün tovuzluları və "Turan" azarkeşlərini təbrik edirik. "Turan"ın himnində deyildiyi kimi - "Qoy dünyanın hər yerində məşhur olsun qüdrətin!!!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB