Nazir idmançılarımızın "Rio-2016"da iştirakı haqda danışdı AÇIQLAMA

Nazir idmançılarımızın "Rio-2016"da iştirakı haqda danışdı AÇIQLAMA

Gənclər və idman naziri Azad Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın iştirakı haqda jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, nazir Oyunlarda Azərbaycanın 60-dan çox idmançısının mübarizə aparacağının gözlənildiyini bildirib: "Rio-2016"ya 2012-ci il London Olimpiadası ilə müqayisədə daha çox idmançımız yollanacaq. Ən əsası, hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Bura triatlon, trek velosipedi, kanoe-slalom kimi növlər daxildir. Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir".

A.Rəhimov Yay Olimpiya Oyunlarında lisenziya qazanılan yeni növlərdə idmançılarımızın uğurlu çıxış edə biləcəklərini qeyd edib: "Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, ancaq bəxt amili də rol oynayır. Ola bilsin, medal qazandıq. Triatlonçu Pevtsov isə çox maraqlı idmançıdır. Ondan "Bakı 2015" I Avropa Oyunlarında yüksək nailiyyət gözləmirdik. Özü hazırlıq mərhələsində olsa da, bürünc medal qazandı. Olimpiada elə bir yarışdır ki, orada sürprizlər çox olur".

Bütün xəbərlər Facebook səhifəmizdə