"Rio-2016"da Azərbaycanın bayraqdarı Teymur Məmmədov ola bilər AÇIQLAMA

"Rio-2016"da Azərbaycanın bayraqdarı Teymur Məmmədov ola bilər AÇIQLAMA

"Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandasının bayraqdarının boksçu Teymur Məmmədov olması üçün Gənclər və İdman Nazirliyi tərəfindən təklif irəli sürülüb. SİA-nın məlumatına görə, bu haqda junalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir bildirib ki, T.Məmmədovun bayraqdar olması üçün idmançı bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılmalıdır: "O, bu döyüşdə qalib gələrək olimpiadaya lisenziya qazanacağı halda bayraqdar ola biləcək. Biz T.Məmmədovun namizədliyini təklif etmişik. Yekun qərarı isə Milli Olimpiya Komitəsi verəcək".

Qeyd edək ki, 81 kq çəki dərəcəsində döyüşən T. Məmmədov bu gün mərakeşli Hassan Saad ilə qarşılaşcaq.

Xatırladaq ki, boksçumuz "Bakı 2015" I Avropa Oyunlarında qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə