"Qarabağ"ın başqanı aşağı yaş qruplarının məşqini ziyarət etdi

"Qarabağ"ın başqanı aşağı yaş qruplarının məşqini ziyarət etdi
"Qarabağ" klubu "Qəbələ"ni darmadağın etdiyi oyuna komandanın başqanı Tahir Gözel də şahidlik etdi. Siasport.az saytı xəbər verir ki, Tahir bəy oyunun ardından qardaşı Əhməd Gözellə birlikdə dərhal aşağı yaş qruplarının məşqini ziyarət etdi. Başqanı 17 yaşlıların məşqində aşağı yaş qruplarının koordinatoru Hemdi Serpil Tüzün qarşıladı. Tahir bəylə Hemdi Serpil Tüzün uzun müddət məşqi seyr etdilər, türkiyəli əfsanəvi uşaq məşqçisi Tahir bəyə uşaqlar barəsində bir-bir məlumat verdi. Sonra Tahir bəy yeniyetmə futbolçularla görüşdü. Gələcək futbolçuların alqışlarla qarşıladığı başqan bir-bir uşaqlarla görüşdü. Tahir bəy yeniyetmələrə onların komandanın sabahı olduğunu bildirərək əllərinə düşən şansı yaxşı dəyərləndirilməsinin vacibliyini vurğuladı. Hemdi Serpil Tüzün faktorunu xüsusi qeyd edən Tahir bəy gənclərin tezliklə "Qarabağ"ın heyətində "Visla"lara, "Borussiya"lara qarşı oynamalarını arzuladığını söylədi. O, "Qarabağ"ın gənclərin komandası olduğunu vurğuladı və tezliklə onları "Qarabağ"ın əsas komandasında görmək istədiyini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə