"Avro-2016"nın qrup mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, E qrupunda keçirilən iki oyunla bütün 1/8 finalçılar bəlli olub.
Keçirdiyi hər iki görüşdə qalib gələn İtaliya millisi İrlandiyanı sınağa çəkib. Antonio Kontenin komandası rəqibinə 0:1 hesabı ilə uduzsa da, qrupu lider başa vurub. İrlandiyalılar isə qələbə sayəsində dörd ən yaxşı 3-cü kimi qrupdan çıxıb.
Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gəlib. Skandinaviyalıları yalnız qələbə qane edirdisə, belçikalılara bir xal da kifayət edirdi. Rəqibini 1:0 hesabı ilə məğlub edən belçikalılar qrup ikincisi kimi 1/8 finala adlayıblar.
E qrupu
İtaliya - İrlandiya 0:1
Qol: Robbi Bredi, 85 (0:1)
Baş hakim: Ovidiu Hateqan
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Lill. "Pyerr Morua" stadionu
İsveç - Belçika 0:1
Qol: Raca Nainqolan, 84 (0:1)
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Nitsa. Şəhər stadionu
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | İtaliya | 3 | 2 | 0 | 1 | 3-1 | 6 |
| 2 | Belçika | 3 | 2 | 0 | 1 | 4-2 | 6 |
| 3 | İrlandiya | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
| 4 | İsveç | 3 | 0 | 1 | 2 | 1-3 | 1 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB