Futbol üzrə ölkə çempionatında 52 günlük fasilə sona çatdı. Bu uzun müddətli fasilədən sonra komandaların hazırlıq prosesini necə keçirdiyini yaxşı izləmək imkanı yarandı. Sözsüz ki, əsas oyunlardan biri Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi. Hava çox küləkli olduğuna görə hər oyun 5-10 nəfər olan tribunalar daha da boş qalmışdı.
Gələk matça. Söhbət "Bakı" – "Muğan" oyunundan gedir. Qarşılaşma "Bakı"
komandası üçün daha əlmətdar idi. Çünki bu matç komandanın latviyalı mütəxəssis
Aleksandr Starkovun rəhbərliyi altında çıxdığı ilk görüş idi. Bakılılar oyuna
4-4-2 taktiki sxemi ilə çıxmışdılar. Qarşılaşmaya yaxşı da başladılar.
Meydançanın mərkəz hisəsində tətbiq etdikləri "basqı", rəqibi mərkəzdə qarşılamaq
istəkləri öz bəhrəsini tezliklə verdi. Nəticədə
Əziz Quliyev komandasını hesabda önə çıxartdı. Qoldan sonra komanda
yenidən mövsümün əvvəlində oynadığı oyuna qayıtdı. Matçın irəliləyən
bölümlərində komanda da açıq-aşkar yorğunluq özünü biruzə verdi. Bu da
komandanın fiziki hazırlığının yetərincə yaxşı olmadığının əyani göstərici
idi. İkinci hissədə "Muğan"
gözlənilmədən cərimə meydançası içərisindəki qarışıqlıqdan istifadə edərək
hesabda tarazlığı bərpa etdi-1:1.
Görüş elə bu hesabla da başa çatdı.
"Bakı"da xüsusilə yeni transferlərindən ukraynalı Ruslan Lediqanının
oyunu tədqirəlayiq idi. İlk oyunu olmasına baxmayaraq, daha arzulu və fiziki
göstəricilərinə görə komanda yoldaşlarından daha hazır vəziyyətdə idi.
Komandanın əsas problemlərindən biri müdafiənin və mərkəzin sağ
cinahlarında forma geyən futbolçuların tez-tez oyuna qoşulmamlarında idi.
Komandanın mövsümün əvvələrindən bəri ən problemli mövqelərindən biri bu
cinahlardır.
Xatırlatmaq istərdim ki, mərkəzin sağ cinahında forma geyən və
oynadığı oyunlarla hərkəsin rəğbətini qazanmış Bəxtiyar Soltanovun almaniyalı, klubun
sabiq baş məşqçisi Vinfred Şefferin qərarı ilə komandadan uzaqlaşdırılması bu
günkü poblemlərin yaranmasına gətirib çıxartdı.
Birdə ilk dövrə vurduğu qollarla komandanı ruhlandıran braziliyalı
Jaba hardadır?
O da rəhbərlik tərəfindən əfv
edilməli və tezliklə sıraya qoşulmalıdır. Çünki Ruslanlı və Vaqifli hücuma çox
böyük dəstəyi olar.
Starkova gəlincə, təcrübəli məşqçidir və gələcəkdə komandaya daha çox
fiziki cəhətdən üstün oynayan oyunçuları cəlb edəcək. "Bakı" latviyalı
mütəxəssislə gələcək mövsümün planlarını indidən qurmağa başlamalıdır. Komanda
"İlk altılığ"a düşməsə, azarkeşlər heç də təəssüflənməsin. Çünki bu oyunla və məşqçinin
komandanı kifayət qədər tanımamaı ən azından mövsümün sonuna kimi vaxt tələb edə
bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB