Şimali İrlandiyalı golfçu Rori MakIlroy zika virusu təhdidinə görə 2016-cı il Rio Olimpiadasına qatılmayacağını açıqlayıb. Dünya sıralamasında 4-cü yerdə olan 27 yaşlı MakIlroy, ölkə mətbuatına açıqlamasında belə bir fikir sələndirib: "Sağlamlıq hər şeydən əvvəl gəlir. Buna görə 2016-cı il Rio Olimpiya Oyunlarında iştirak etməyəcəm. Zika virusuna yoluxma ehtimalı aşağı də olsa, bu, ailəm və özüm üçün almaq istəmədiyim bir riskdir. İrlandiya xalqının qərarımı anlayışla qarşılayacağına inanıram".
Məsələyə münasibət bildirən İrlandiya Olimpiya Komitəsi tərəfindən qolfçunun qərarına hörmətlə yanaşdıqlarını bildirilib. Amma MakIlroyun Rioda yer almamasının kədərverici hal olduğu ifadə edilib.
Zika virusu ilk dəfə 1947-ci ildə meydana çıxıb. İlk olaraq Uqandada meymunlarda aşkarlanan virus geridə buraxdığımız 70 il ərzində insanlara keçməyib. Ağcaqanadlar vasitəsilə insanlara yoluxan virus, xüsusilə hamilə qadınlara böyük zərər vurur. Yəni hamilə qadına yoluxan infeksiya sonda uşağın şikəst, anormal doğulmasına yol açır. Zika virusu 21-ci əsrdə böyük epidemiya təhlükəsi yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB