Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin iki yeniyetmə güləşçisi Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medallara sahib olublar. Dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya komandaları da qələbə uğrunda mübarizə aparıblar.
Azərbaycan milli komandasının tərkibində çıxış edən lənkəranlı idmançılardan Elçin Quluzadə 42, Araz Şükürzadə isə 46 kiloqram çəki dərəcəsində fərqlənib.
Yarış Elçin Quluzadə üçün daha əlamətdar olub. O, bürünc medal uğrunda görüşdə erməni rəqibini 8:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, milli komandanın üzvləri beynəlxalq turnirdə, ümumilikdə, 2 gümüş və 7 bürünc medal qazanıblar. Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstandan sonra ikinci yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB