Macarıstanın Debretsen şəhərində milli qəhrəman
İştvan Boşkainin xatirəsinə həsr olunmuş ənənəvi boks turnirinə yekun vurulub.
Siasport.az saytı xəbər verir ki, yarışda milli komandamızın üzvləri də iştirak
ediblər. 91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov bütün
görüşlərini qələbə ilə başa vuraraq, turnirin qalibi olub. Boksçumuz
yarımfinalda macarıstanlı Şabolz Deeli texniki nokautla məğlub edib. Finalda
isə həmyerlimiz Polşa idmançısı Maykl Olas üzərində 3:2 hesabı ilə qələbə
qazanıb. 69 kq çəki dərəcəsində yarışan iki boksçumuz – Sadiq Eynullayev və
Heybətulla Hacəliyev isə bürünc medalla kifayətləniblər. Eynullayev
yarımfinalda Macarıstan təmsilçisi – Balaş Baskaiyə 4:7 hesabı ilə uduzub.
Hacəliyev isə rusiyalı Pyotr Xamukova məğlub olub.
Nəticədə, komandamız Macarıstan turnirini 1 qızıl
və 2 bürünc medalla başa vurub. Boksçularımızdan İlkin Ağayev (52 kq),
Rahib Bəylərov (75 kq) və Vətən Hüseynli (81 kq) mükafatsız qalıblar.
Lisenziya xarakterli Dünya çempionatına hazırlaşan milli komandamız fevralın
15-də Bolqarıstanda start götürəcək beynəlxalq turnirdə də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB