Ruslan Qurbanov: \"Hamıya sübut edəcəyik ki, lənkəranlıların son dəqiqədə vurduğu qol təsadüf idi\"-AÇIQLAMA
\"Çox xoşbəxtəm ki, \"Neftçi\" kimi böyük bir klubun futbolçusuyam\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\"nin gənc futbolçusu Ruslan Qurbanov klubun rəsmi açıqlamasında deyib. O, \"Neftçi\"nin Azərbaycanın ən köklü klubu olduğunu vurğulayıb: \"Mən klubun rəhbərliyinə və baş məşqçi Arif Əsədova öz dərin minnətdarlığımı bildirirəm ki, onlar mənə inandılar və məni komandaya dəvət etdilər. Burada gənclərə çox böyük önəm verilir. İndi komandamız ancaq \"Xəzər Lənkəran\"la oyuna köklənib. Bu oyunda qalib gələrək revanş almaq istəyirik. Hamıya sübut edəcəyik ki, lənkəranlıların son dəqiqədə vurduğu qol təsadüf idi. Qələbə qazanaraq xal fərqimizi 4-ə çatdırmaq istəyirik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB