\"İnter\"dən MOİK-ə

"İnter"in futbolçusu Səlahət Ağayev artıq MOİK-in şərəfini qoruyacaq. Siasport.az saytı xəbər verir ki, hərbi xidmətdə olan S.Ağayev ordu klubunda forma geyinəcək. Futbolçunun adı MOİK-in sifariş ərizəsində də yer alıb.

Qeyd edək ki, MOİK hərbi xidmətdə olan \"İnter\"in digər üzvü, yarımmüdafiəçi Nizami Hacıyevi də heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə