Argentina millisində bombardirliyi ilə
Messi tarix yazdı

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi yığmasında yeni uğura imza atıb. Messi yığma tarixinin ən yaxşı bombardiri olub.

Argentinalı ulduz bu gecə Amerika Kubokunda oynanılan yarım final görüşündə ABŞ millisinin qapısına yol tapıb. O, yığmasının 4:0 qazandığı matçda aktivinə bir qol yazdırıb və bununla da (112 oyun-55 qol) yeni rekordu gerçəkləşdirib. Yığma heyətdə 112 oyun keçirən Lionel bu göstərici ilə həmyerlisi, veteran futbolçu Qabriel Batistutanın (78 oyun-54 qol) favoritliyini geridə qoyub.

Siyahıda üçüncü (64 oyun-35 qol) Ernan Krespo və dördüncü (91 oyun-34 qol) Dieqo Maradona gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə