"Xəzər Lənkəran" qış transfer müddətinin son günündə daha bir futbolçu transfer edib. Siasport.az saytı xəbər verir ki, cənub təmsilçisi ukraynalı qapıçı Yevgeni Kopillə müqavilə bağlayıb.
Nəzərinizə çatdıraq ki, Yevgeni Petroviç Kopil 25 may 1986-cı ildə Ukraynada dünyaya gəlib. 1.90 m boyu olan qoolkiper Kiyev "Dinamo"sunun yetirməsidir. O, 2003-2007-ci illərdə Kiyev klubunun 3-cü (9 oyun) və 2-ci (5 oyun) komandalarında çıxış edib. 2007-2008 mövsümündə Polşanın Sosnovets "Zaqlembe"sində 4 oyun keçirən futbolçu 2008-ci ildə Lyübini təmsil edən eyni adlı komandaya transfer olunub. Kopil 2001-ci ildə 1 dəfə Ukraynanın U-15 komandasına çağırılıb. 2001-2003-cü illərdə 18 dəfə U-17-nin formasını geyinən qolkiper 2003-2005-ci illərdə U-19-da 6 oyuna çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB