Yaponlar Azərbaycanda seminar keçəcəklər

Yaponlar Azərbaycanda seminar keçəcəklər

Yaponiyanın Azərbaycandakı səfirliyi Bakı və İsmayıllıda aykido üzrə 4 yapon beynəlxalq ustanın iştirakı ilə "Beynəlxalq Yaponiya-Azərbaycan Aykido Günləri" adlı tədbir keçirəcək. Siasport.az saytı xəbər verir ki, tədbir Yaponiya Fondu, Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Aykido Federasiyasının (AAF) təşkilatçılığı, Gənclər İdman Nazirliyi və İsmayıllı Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə baş tutacaq. Tədbirin məqsədi yapon ustaları tərəfindən təqdim edilən seminar təlimlər və əsas nümunəvi çıxışlar vasitəsi ilə Azərbaycan əhalisini ənənəvi yapon döyüş sənətindən biri olan aykido ilə tanış etməkdir.

Qeyd edək ki, tədbirdə AAF-nın üzvləri də nümunəvi çıxışlar göstərəcəklər. Tədbir fevralın 14-dən 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə