Nəhayət ki, Azərbaycan millisinin kapitanı, "Qarabağ"ın Avrokuboklardakı uğurlarında özünəməxsus rol oynayan, "Rusenborq"un qapısına əsrarəngiz qol vurmaqla yaddaşlara həkk olan, XXI əsrdə Azərbaycanın ən yaxşı futbolçusu sayılan Rəşad Sadıqov yenidən doğma klubuna qayıtdı. Siasport.az saytı xəbər verir ki, artıq Ağdam təmsilçisinin rəsmiləri Rəşad Sadıqovun klubu "Eskişehirspor"la məsələni həll ediblər. Rəşad artıq rəsmən "Qarabağ"ın futbolçusudur.
Rəşad Sadıqovun yenidən "Qarabağ"a dönüşü ilə bağlı olaraq fevralın 15-ində Rəşad Sadıqov və klub rəhbərliyinin iştirakıyla mətbuat konfransı keçiriləcək. Mətbuat konfransının vaxtı və keçirilmə yeri isə hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB