Muammer Erdoğdunun cəzası yüngülləşdirildi

Muammer Erdoğdunun cəzası yüngülləşdirildi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda \"Turan\"nın futbolçusu Muammer Erdoğdu ilə bağlı qərar qəbul olunub. \"Simurq\"la oyunda rəqib komandanın üzvü Elnur Abbasovla dalaşdığı üçün 5 oyunluq cəzalanan türk futbolçunun cəzalandırılması ilə bağlı yüngülləşdirici faktlar müəyyən olunduğu üçün cəza 1 oyun azaldılıb. Qış fasiləsinə qədər bir oyunu buraxan Muammer bundan sonra da üç oyun kənarda qalacaq və \"altılıq\" mərhələsi başlayana qədər meydana çıxmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə