"Kəpəz"in Türkiyə toplanışı sona çatıb. SİA-nın məlumatına görə, komanda 10 gün ərzində Ərzurumda Avropa Liqasına hazırlığın ilk mərhələsində iştirak edib. "Sarı-göylər"in məşq prosesində əvəzedici heyətdən əsas komandaya cəlb olunan Fərid Məmmədov ilə Elcan Rəhimov da olub. Hər iki gənc futbolçu Türkiyə toplanışı haqda fikirlərini bildirib:
Fərid Məmmədov: "Əsas komandaya dəvət aldığım üçün sevinirəm. Hər bir gəncəli futbolçunun arzusu "Kəpəz"də oynamaqdır. Ərzurumda özümü məşqçilərə ən yaxşı tərəfdən göstərməyə çalışdım. Hələ çox gəncəm, bununla belə istəkliyəm, oynamağa həvəsim var. Əlimdən nə gəlirsə, ondan artığını da etməyə hazıram. Baş məşqçimiz Şahin Diniyev gənclərə şans verən məşqçidir. Mənə bəslənən etimadları doğrultmağa çalışacağam. Bu mənada Türkiyə toplanışı yaxşı bir fürsət oldu".
Elcan Rəhimov: "Komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanmağım mənim üçün gözlənilməz oldu. Əvəzedici heyətdə bəzi oyunlarda yaxşı çıxış etmişdim. Ümid vardı ki, məni də əsas komandaya çağırarlar. Ötən mövsümün sonunda "Qəbələ" ilə ev oyununda "18-liy"ə düşməyim sürpriz olmuşdu. Ondan sonra yenidən əsas komandaya dəvət almağım sevindirici oldu. Toplanışda verilən bütün tapşırıqları səylə yerinə yetirməyə çalışdım. Əsas komandada yerimi möhkəmləndirmək üçün səylərimi davam etdirəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB