"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir. Məlumata görə, bu gün D qrupunda iki oyun keçirilib.
Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi bu gün son matçına çıxıb. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gəlib. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalı idılər. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaqdı.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edirdi. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməli idi.
Qeyd edək ki, hər iki oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da verilib.
Komandalar meydana aşağıdakı "11"likdə çıxıb.
Çexiya: 1. Peter Çex, 2. Pavel Kaderabek, 5. Roman Hubnik, 6. Tomaş Sivok, 7. Tomaş Neçid, 9. Borek Dokal, 11. Daniel Pudil, 13. Yaroslav Plaşil, 15. David Pavelka, 19. Ladislav Kreyçi, 22. Vladimir Darida
Ehtiyat oyunçular: 16. Tomaş Vaçlik, 23. Tomaş Kubek, 3. Mixal Kadleç, 4. Teodor Cebre Selasie, 8. David Limberski, 10. Tomaş Rositski, 12. Milan Şkoda, 14. Daniel Kolar, 17. Marek Suşi, 18. Jozef Sural, 20. Jiri Şkalak, 21. David Lafata
Türkiyə: 1. Volkan Babacan, 3. Hakan Balta, 7. Gökhan Gönül, 8. Selçuq İnan, 10. Arda Turan, 13. İsmayıl Köybaşı, 15. Mehmet Topal, 16. Ozan Tufan, 17. Burak Yılmaz, 20. Volkan Şən, 21. Əmrə Mor
Ehtiyat oyunçular: 12. Onur Kıvrak, 23. Harun Tekin, 2. Semih Kaya, 4. Ahmet Çalık, 5. Nuri Şahin, 6. Hakan Çalhanoğlu, 9. Cenk Tosun, 11. Olcay Şahan, 14. Oğuzhan Özyakub, 18. Canər Erkin, 19. Yunus Mallı, 22. Şener Özbayraklı
D qrupu
23:00. Çexiya – Türkiyə - 0:2
Qol: Burak Yılmaz, 10 (0:1), Ozan Tufan, 65 (0:2)
Baş hakim: Villaim kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)
Lans. "Bollart-Delelis" stadionu.
23:00. Xorvatiya - İspaniya - 2:1
Qol: Alvaro Morata, 7 (0:1), Kaliniç, 45 (1:1), Perişiç, 87 (2:1)
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra
Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Bordo. "Bordo" stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Xorvatiya | 3 | 2 | 1 | 0 | 5-3 | 7 |
| 2 | İspaniya | 3 | 2 | 0 | 1 | 5-2 | 6 |
| 3 | Türkiyə | 3 | 1 | 0 | 2 | 2-4 | 3 |
| 4 | Çexiya | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB