"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün C qrupunda iki oyun keçirilib.
Qrupun lideri Almaniya Şimali İrlandiya ilə qarşılaşıb. 1/8 finala lider kimi yollanmaq istəyən almanlar bu görüşdən qalib ayrılmağa çalışacaqdı ki, buna da nail olub. Mario Qomezin 30-cu dəqiqədə vurduğu qol almanlara minimal hesablı qələbə qazandırıb. Bununla da, Bundestim qrup mərhələsini qalib başa vurub.
Digər oyunda, keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk edən Ukrayna Polşa ilə üz-üzə gəlib. Ukrayna yığmasının az da olsa 1/8 finala yüksəlmək şansı var idi. Lakin üçüncü görüşdə də meydandan məğlub ayrılan ukaynalılar turrnirlə vidalaşıblar. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Polşa isə qrup ikincisi kimi 1/8 finala adlayıb. Şimali İrlandiyanın 1/8 finala yüksəlib-yüksəlməyəcəyinə qrup mərhələsinin oyunlarına yekun vurulduqdan sonra aydınlıq gələcək.
C qrupu
20:00. Şimali İrlandiya - Almaniya - 0:1
Qol: Mario Qomez, 30 (0:1)
Hakimlər: Kleman Turpen
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris. "Park de Prins" stadionu.
20:00. Ukrayna – Polşa - 0:1
Qol: Blaşikovski, 54 (0:1)
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel. "Velodrom" stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Almaniya | 3 | 2 | 1 | 0 | 3-0 | 7 |
| 2 | Polşa | 3 | 2 | 1 | 0 | 2-0 | 7 |
| 3 | Şimali İrlandiya | 3 | 1 | 0 | 2 | 2-2 | 3 |
| 4 | Ukrayna | 3 | 0 | 0 | 3 | 0-5 | 0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB