Rodriqinyo: ""Xəzər Lənkəran"la oyunda nəyə qadir olduğumuzu göstərərək, qalib gələcəyik"

Rodriqinyo: ""Xəzər Lənkəran"la oyunda nəyə qadir olduğumuzu göstərərək, qalib gələcəyik"

"Neftçi"PFK-nın yeni transferi braziliyalı Rodriqinyo əsas məqsədini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, futbolçu ransferdən öncə "Neftçi" haqqında məlumatlarla tanış olub: "Bu kluba transferim gündəmə gəldiyində, internetdə klub haqqında bütün məlumatları oxumağa başladım. Burada çıxış edən futbolçularla əlaqə saxladım və bura gəlməyə qərar verdim. "Neftçi"nin Azərbaycanda ən böyuk və ən köklü klub olduğunu bilirəm. Burada olduğum üçün özümü xoşbəxt hiss edirəm. Klubda atmosfer çox yaxşıdır və bu bir klub üçün müsbət haldır. Azərbaycanda futbol, Braziliyadan fəqrli oynanılır. Sizin çempionatınızda daha sərt mübarizəyə üstünlük verirlər. Əsas məqsədim "Neftçi" ilə çempion olaraq, Çempionlar Liqasında iştirak etməkdir. Fevralın 13-də çempionluq yarışında rəqiblərimizdən biri olan "Xəzər Lənkəran"la qarşılaşacağıq. Bu oyunda nəyə qadir olduğumuzu göstərərək, qalib gələcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə