Toto Volf: "Bakı trası ən yaxşılardan biridir"

Toto Volf: "Bakı trası ən yaxşılardan biridir"

"Mersedes"in rəhbəri Toto Volf bildirib ki, digərləri ilə müqayisədə Bakı trası onun komandası üçün daha münasibdir. "Mersedes"in rəhbəri Bakı trasının bir sıra xüsusiyyətlərini qeyd edib. Onun sözlərinə görə, bu, mühərrikin dominant rol oynadığı yüksək sürət, enerji yığımı və istifadəsi, mühəndislik baxımından idarə edilmə və aerodinamik effektivlik daxil olmaqla hər şeyin kombinə olunduğu trasdır.

Toto Volf deyib: "Mən maksimum sıxma gücündən söhbət açmıram, burada ona ehtiyac yoxdur. Ümumiyyətlə, trasın bütün atributlarının cəmi bizə üstünlük qazandırdı. Bu, 2014-ci ildən bəri "Mersedes" üçün ən yaxşı traslardan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə