UEFA-nın etika və intizam üzrə müstəqil komitəsi Xorvatiya Futbol Birliyini 100 min avro məbləğində cərimələyib. Buna səbəb futbol üzrə Avropa çempionatında xorvat azarkeşlərin Çexiya millisinə qarşı davranışı olub. Eyni zamanda, Xorvatiya Futbol Birliyi "Avro-2016"nın sonuna bəzi azarkeşlərə bilet satmamağa məcbur edilib.
Xatırladaq ki, Xorvatiya-Çexiya futbol matçında xorvat azarkeşlər meydana alışqan atıb, tribunalarda dava ediblər və bu səbəbdən də matç bir neçə dəqiqəlik dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB