"Araşdırmalar nəticəsində məlum oldu ki, dopinqlə bağlı problemlərin kökündə federasiyalarda həkimlərin olmaması dayanır. Həkim olmadıqda nəzərət də olmur". SİA-nın xəbərinə görə, bu fikirləri Gənclər və İdman Nazirliyinin (GİN) Dopinqə Qarşı Mübarizə Sektorunun müdiri İradə Rüstəmzadə Milli Məclisdə "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanmasında yaradılan İşçi Qrupunun iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dopinqlə bağlı problemlərə səbəb olan amillərdən biri təxribatdır: "2007-ci ildə Azərbaycan 40 ölkə arasında dopinqə qarşı mübarizə konvensiyasına qoşulub. 2008-ci ildə Ümumdünya Dopinq Agentliyinin kodeksinə əsasən Azərbaycan milli idman növlərində dopinqə qarşı əsasnamələri təsdiq edib. Bu gün Dopinqə qarşı Mübarizə Agentliyi qanunlarını bir qədər dəyişdirib. Biz də buna uyğun olaraq dəyişikliklərin üzərində işəyirik. Bu çox ağır işdir. Çünki artıq dünya bu məsələdə qaydaları sərtləşdirib. Ona görə də edəcəyimiz dəyişikliklərdə hər məsələyə ciddi yanaşmalıyıq".
İ.Rüstəmzadə qeyd edib ki, dopinqə qarşı Azərbaycan qaydaları bu ayın sonuna kimi qüvvəyə minəcək və kolegiyaya təqdim oluacaq: "Bizim ilk atdığımız addım bir qədər düzgün başa düşülmürdü. Lakin Azad Rəhimov bütün dərman vasitələrinin alınmasına xüsusi diqqət yetirdikdən sonra bu məsələlər yoluna düşdü. İlk vaxtlarda federasiyalar narazılıq edirdilər. Lakin zaman keçdikcə onlar başa düşdülər ki, bu məsələlərdə bütün məsuliyyət Gənclər və İdman Nazirliyinin üzərinə düşür. Bu addımla biz bildik ki, federasiyalara hansı dərmanları vermək olar. Artıq dərman maddələri sifariş edilən zaman federiasyalar bizə sifariş edir, bizdə öz növbəmizdə həmin dərmanların verilib-verilməməsi haqqında qərar veririk Bu yolla problemlərin aradan qaldırılmasına çalışırıq".
Sektor müdiri söyləyib ki, görülən işlərin nəticəsi olaraq son 10 ildə cəmi 5 idmançı dopinqə görə diskualifikasiya olunub: "Onlardan 3 nəfəri legioner, 2-si isə azərbaycanlı idmançıdır. Bu da məşqçilərin səhvi ucbatından baş verib ki, hələ də bunun üzərində işləyirik. Bu gün federasiyalar 1 idmançıya görə dopinq cəriməsi olaraq 10 min dollar ödəyir. Hər 2-ci və 3-cü idmançıya görə eyni qaydada cərimələr 10 min dollardır. Artıq 4-cü idmançıya görə isə bu cərimə 50 min dollar təşkil edir. Bu işləri görən insan 100 manatdan 200 manata qədər cərimə ödəyir. Bu baxımdan xahiş edirik ki, qanunlara yenidən baxılsın və cərimələr daha da sərtləşdirilsin. Azyaşlı idmançılara görə isə kimsə məsuliyyət daşımalıdır. Biz istəyirik ki, yeni qanunda bu məsələ xüsusi əksini tapsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB