"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün C qrupunda iki oyun keçiriləcək.
Qrupun lideri Almaniya Şimali İrlandiya ilə qarşılaşacaq. 1/8 finala lider kimi yollanmaq istəyən almanlar bu görüşdən qalib ayrılmağa çalışacaq.
Digər oyunda keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk edən Ukrayna Polşa ilə üz-üzə gələcək. Ukrayna yığmasının az da olmaq 1/8 finala yüksəlmək şansı var. Lakin bunun üçün Ukrayna Polşaya böyük hesabla qalib gəlməli, almanlar isə Şimali İrlandiyanı məğlub etməlidir.
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
C qrupu
20:00. Şimali İrlandiya - Almaniya
Hakimlər: Kleman Turpen
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris. "Park de Prins" stadionu.
20:00. Ukrayna - Polşa
Baş hakim: Svein Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel. "Velodrom" stadionu.
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Almaniya | 2 | 1 | 1 | 0 | 2-0 | 4 |
| 2 | Polşa | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | Şimali İrlandiya | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
| 4 | Ukrayna | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB