Nazir müavini: "Dopinqlə bağlı bir çox idmançılara qarşı haqsızlıq var" MÖVQE
"Bu gün dopinq problemi bütün dünyada mövcuddur. Beynəlxalq Antidopinq Agentliyi tərəfindən bir çox idmançılara qarşı haqsızlıq var". SİA-nın xəbərinə görə, bu fikirləri ənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Milli Məclisdə "İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə" haqqında yeni qanun layihəsinin hazırlanması ilə bağlı yaradılan İşçi Qrupunun iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir sıra müəyyən dərman preparatları var ki, onlar həqiqətən də idmançıların gələcək həyatına ciddi problem yarada bilər: "Dünya rekordunu müəyyən edən və yüksək nəticələr əldə edən idmançının bir neçə il əvvəlki dopinq problemini məhz bu gün gündəmə gətirirlər. Gənclər və İdman Nazirliyi bu gün də dopinqə qarşı mübarizə aparır. 2011-ci ildə ağırqaldırma idman növündə 27 ölkə, 2012-ci ildə 25 ölkə, 2013-cü ildə isə 26 ölkə dopinqə düşüb. Hər bir ölkə 500 min dollar cərimələnib. Cərimələrdən sonra dopinqlə bağlı heç bir problem meydana çıxmayıb. Bu necə ola bilər? Əgər problem varsa o, axıra kimi aparılmalıdır. Necə olur ki, bu gün dopinq deyilən dərman preparatları baş ağrısı, diş ağrısı və adi həyat tərzində istifadə edilən dərmanlar xəstəxanalarda da istifadə olunur. Eyni zamanda, həmin dərman preparatları bu gün apteklərdə insanlara satılır. Əgər belə təhlükəlidirsə, o zaman həmin dərmanlar da satışdan çıxarılsın".
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda 24 günahsız idmançının dopinq probleminin olduğu deyilir: "Niyə onların illərlə çəkdikləri əziyyətləri puç edir, idmançılara qarşı haqsızlıq edirlər? Çəkilən əziyyətləri bir göz qırpımında sıfra endirilməsi nə dərəcədə düzgündür? Bilirəm ki, bu gün hansısa məşqçini və idmançını danışdırsaq dediyim fikirləri dəstəkləyəcək. Ozonterapiyanı dopinq qəbulu ilə necə eyniləşdirmək olar? Qanı yoxlayır və hemoqlabin yüksək çıxır deyir idmançı dopinq qəbul edib. Hansı maraqlarla bunu demək olar? Ozon nə vaxtdan dopinq olub? Adi diş ağrısı dərmanını qəbul etdikdə də bildirirlər ki, dopinq qəbul etmisən. İnsanları bu qədər əzmək, tapdalamaq olmaz. Yaxud da 10 il bundan qabaq qəbul edilən hansısa dərmanın izləri qalıbsa, bunu yenidən gündəmə gətirməyin nə mənası var? Əgər məşqçi idmançıya deyirsə ki, bu dərmanı iç, onda idmançı neynəyə bilər? Məşqçilər cəzasız qalır, ancaq idmançıya qarşı cəza tətbiq olunur. Axı idmançının günahı nədir? Dopinq məsələləri şəxsi maraqlar üzərində qurulduğundan bu problemlər yaranır. Dopinqə qarşı təmiz mübarizə aparılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB