Dünən İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə əsasən "Neftçi" 30.06.2016-cı il tarixdə Bakıda Maltanın "Baltsan" klubu ilə qarşılaşmalı idi. SİA-nın məlumatına görə, klublar arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən püşkatmadan dərhal sonra oyunların keçirilmə yeri barəsində UEFA-ya müraciət edilib. Bu gün isə UEFA tərəfindən "Neftçi"yə rəsmi məktub daxil olub. Məktubda "Neftçi" – "Baltsan" cütü ilə yanaşı, bir neçə oyunun keçirilmə yerində dəyişiklik edildiyi qeyd olunub. Bildirilib ki, "Neftçi" və "Baltsan" klubları arasında ilk oyun 30.06.2016-cı il tarixdə Maltada baş tutacaq. Cavab matçı isə 07.07.2016-cı il tarixdə Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB