"Qarabağ" klubunun gedənləri qayıdıb

"Qarabağ" klubunun gedənləri qayıdıb

"Qarabağ" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bazar günü baş tutacaq oyunöncəsi komanda uzun bir aradan sonra tam heyətlə məşq keçə biləcək. Yanvarın 27-indən milli komandanın sıralarında olan Ruaf Əliyev, Elvin Məmmədov, Samir Abasov və Vüqar Nadirov artıq Ağdam təmsilçisinin düşərgəsindədir. Eyni zamanda öz millilərinin düşərgəsində olan Admir Teli, Ansi Aqolli və Andrey Rubins də artıq geri dönüb.
Bu gün Suraxanı qəsəbə stadionunda komanda tam heyətlə ilk məşqini edəcək. Sadəcə Maksim Medvedevin müailəcəsi hələ də davam etdiyindən "Qəbələ" ilə oyunda iştirak etməyəcəyi dəqiqdir.
Tofiq İsmayılov adına qəsəbə stadionunda günün tək məşqi saat 15:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə