Azər Nəsibli və Mikayıl Rəhmanov AÇ-nin finalında

Azər Nəsibli və Mikayıl Rəhmanov AÇ-nin finalında

Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. SİA-nın məlumatına görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır.

Qeydə alınmış nəticələri nəzərinizə çatdırırıq:

50 kq
1/4 final - Azər Nəsibli - Csaba Horvath (HUN) 0:8 (tuşe)
1/2 final - Artsem Belausau (BLR) - Azər Nəsibli 0:8
FİNAL - Azər Nəsibli - Nugzari Tsurtsumia (GEO)

60 kq
1/8 final - Mikayıl Rəhmanov - Etienne Kinsinger (GER) 1:0
1/4 final - Mikayıl Rəhmanov - Aleksandru Solomon (ROM) 11:0
1/2 final - Mikayıl Rəhmanov - Nestar Nedkov (BUL) 7:1
FİNAL - Mikayıl Rəhmanov - Levani Kavjaradze (GEO)

74 kq
1/16 final - Mehrac Kərimov - Serkan Akkoyun (TUR) 1:3

96 kq
1/16 final - Martinas Nemsevicius (LTU) - Soslan Fanziyev 7:6

Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə