FİFA AZAL-ın Şüvəlan qəsəbəsində inşa etdirdiyi stadiona iki ulduz verib. Siasport.az saytı xəbər verir ki, bu barədə AZAL-ın yeni futbolçularının ictimaiyyətə təqdim olunması ilə bağlı keçirilən tədbirdə klubun prezidenti Vaqif Qasımov məlumat verib.
V.Qasımov bildirib ki, lisenziya yaxın vaxtlarda təqdim olunacaq: "FİFA-nın test-analizləri müsbət yekunlaşdı və stadionumuza 2 ulduz verildi. Lisenziya yaxın bir ay ərzində kluba təqdim ediləcək".
AZAL-ın stadionunun tikintisi yekunlaşsa da, komanda qarşıdakı iki ev oyununu bu arenada keçirməyəcək. O bildirib ki, bunun səbəbi istilik sisteminin qurulmamasıdı: "Türkiyədən sifariş olunan istilik sistemi bir qədər gec gəldi. Hazırda istilik sistemi qurulur. Fasilədən sonra öz stadionumuzda oynamaq istəyirdik. Amma istilik sistemi qurulmadığından alınmadı. İnşallah, kubok oyununda "Turan"ı orda qəbul edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB