Politoloq: "Ermənistanda dövlət çevrilişinə cəhd Kremlə təzyiq xarakteri daşıyır” AÇIQLAMA

Politoloq: "Ermənistanda dövlət çevrilişinə cəhd Kremlə təzyiq xarakteri daşıyır” AÇIQLAMA

"Şuşanın xüsusi batalyonunun sabiq komandiri, Qarabağın işğalında fərqləndiyinə görə "I dərəcəli xaç" ordeni kavaleri adını alan, müxalifətyönlü "Parlament təsisatları" hərəkatının liderlərindən biri Jirayr Səfilyan dövlət çevrilişinə görə üçüncü dəfədir həbs edilir. O, ötən dəfə sözügedən maddə ilə cəmi bir ay yarım həbsxanada qaldı. Bu da göstərir ki, sözügedən hadisə Ermənistanın növbəti oyunudur". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Ermənistan belə oyunlarla Dağlıq Qarabağ münaqişəsinin danışıqlarında həmsədr ölkələrdən olan Rusiyaya təzyiq etmək istəyir: "J.Səfilyanın hər dəfə sərbəst buraxılması onun təşkilatının Ermənistanda güclü nüfuza malik olduğunu və arxasında generalların müəyyən hissəsinin dayandığını göstərir. Onlar bununla danışıqlar ərəfəsində Sarkisyanın əlinə "kozr" vermək istəyirlər. Rusiyaya anlatmaq istəyirlər ki, danışıqlar prosesində Azərbaycana ciddi güzəştlər olsa, məsələyə Ermənistan qarışa, mövcud rejim dəyişə bilər və s. Onlar sifariş həyata keçirirlər. Ermənistanda dövlət çevrilişinə cəhd Kremlə təzyiq xarakteri daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə