\"Neftçi\"PFK-nın belçikalı hücumçusu mətbuatda 6 aylığa sıradan çıxması ilə bağlı xəbərlərə münasibət bildirib. Siaspöort.az saytı xəbər verir ki, Emil Mpenza klubun rəsmi saytına Azərbaycana qayıdacağı tarixi dəqiqliklə deyib: \"Mətbuatda 6 aylığa sıradan çıxmağım haqqında yayılan xəbərlər doğru deyil. Mən bir müddət əvvəl klubun rəsmi saytına müsahibəmdə 6 həftəyə yaşıl meydanlara qayıdacağımı bildirmişdim. Bu qüvvədə qalır. Əməliyyatdan sonra zədəmin bərpa prosesi sadəcə 6 həftə çəkəcək. Artıq həkimlərin rəyi sayəsində, sabahdan etibarən fərdi məşqlərə başlayacam. 6 həftəyə isə komandamın sıralarına qoşulacam\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB