"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, hazırlığın dördüncü günündə komanda çalışmalara fitnes zalında start verib. Günün ikinci məşqi isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) baş tutub. Meydançada keçirilən hazırlıqda futbolçular daha çox fiziki və toplu çalışmalara üstünlük veriblər. Dünən toplanışa qoşulan milli futbolçular isə fərdi məşqlərlə kifayətləniblər. Migel Madera və Dani Kintana isə artıq komanda ilə məşqlərə başlayıb.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB