Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Respublika Stend Atıcılığı Kompleksində güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatda "Spartak"İC, "Neftçi"İSM, Respublika Stend Atıcılığı Kompleksi, Paralimpiya İdman Komitəsi komandaları təmsil edən 32 idmançı (18 qadın, 14 kişi) mübarizə aparıb.
Yarışda kişilər arasında PT-4 üzrə 517 xalla I yerə Əlı Məcidli ("Spartak"IC), PTÇ-3 üzrə 585 xalla I yerə Rəsul Məmmədov ("Neftçi"ISM), KÇTÇ-4 üzrə 551 xalla I yerə Rəsul Məmmədov, qadınlar arasında isə PT-3 üzrə 388 xalla I yerə Mehriban Məcidova ("Spartak"İC), PTÇ-2 üzrə 376 xalla I yerə Nigar Bağırova ("Neftçi"İSM), KÇTÇ-2 üzrə 579 xalla I yerə Mehriban Məcidova ("Spartak"İC) layiq görülüb.
Yarışda qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB