Slovakiya - İngiltərə matçının ən yaxşı futbolçusu kimdir?

Slovakiya - İngiltərə matçının ən yaxşı futbolçusu kimdir?

"Avro-2016"nın B qrupunda keçirilən Slovakiya - İngiltərə matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Slovakiya millisinin qapıçısı Matus Kozaçik matçın ən yaxşısı seçilib. Qapısını toxunulmaz saxlayan qolkiper komandasının 1/8 finala yüksəlməsində böyük pay sahibi olub.

Qeyd edək ki, daha öncə A qrupunda keçirilən Fransa - İsveçrə matçında (0:0) ikincilərin qapıçısı Yann Sommer matçın ən yaxşısı seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə