Qış fasiləsindən sonra ilk Premyer Liqa oyununa hazırlaşan \"Bakı\" gündə 2 dəfə olmaqla klub bazasında hazırlıq keçir. Siasport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Aleksandr Starkov futboçuları texniki və taktiki təmrinlər üzərində çalışdırır.
\"Bakı\" Premyer Liqa oyunlarına hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Klub bazasında keçirilən qarşılaşmada komandanın rəqibi I Liqa təmsilçisi \"Bakılı\" klubu olub.
Oyuna qarışıq heyətlə çıxan \"Bakı\" bu matçda qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Komandanın yeganə qolunu Ruslan Leviqa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB