Uels, İngiltərə və Slovakiya 1/8 finala vəsiqə qazanıblar

Uels, İngiltərə və Slovakiya 1/8 finala vəsiqə qazanıblar

"Avro-2016"nın qrup mərhələsində III turun oyunları davam edir. SİA-nın məlumatına görə, dünən B qrupunda daha iki qarşılaşma keçirilib.

Rusiya millisi Uelslə qarşılaşıb. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin rəqibinə 0:3 hesabı ilə uduzan Rusiya yığması qrupda qalıb. Uels millisi isə bu görüşdə qazandığı qələbə ilə xalını 6-ya yüksəldib və qrupu lider başa vurub.

Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlib. Bu matçda qapılara qol vurulmayıb. Bu heç-heçə İngiltərəyə qrupdan çıxmaq şansı verib. İngilislər Uelsin ardından qrup ikincisi kimi 1/8 finala adlayıblar. İngiltərə və Uelslə yanaşı, qrup mərhələsini 4 xalla başa vuran Slovakiya yığması da 1/8 finala yüksəlib.

20 iyun

B qrupu

Rusiya - Uels 0:3

Qollar: Aaron Remzi, 11, Neil Taylor, 20, Qaret Beyl, 67 (0:3)
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Tuluza, şəhər stadionu

Slovakiya - İngiltərə 0:0
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes, Xesus Gil Manzano
Əlavə köməkçi-hakim: Karlos del Serro Qrande (hamısı İspaniya)
Sent-Etyen, "Joffrua Giş"

N

Komandalar

O

Q

H

M

T-F

X

1

Uels

3

2

0

1

6-3

6

2

İngiltərə

3

1

2

0

3-2

5

3

Slovakiya

3

1

1

1

3-3

4

4

Rusiya

3

0

1

2

2-6

1

Bütün xəbərlər Facebook səhifəmizdə