AZAL yeni futbolçularını təqdim etdi

AZAL yeni futbolçularını təqdim etdi

Qış transfer fəaliyyətini yekunlaşdıraraq heyətini tam komlektləşdirən AZAL yeni futbolçularını mətbuata təqdim edib. Siasport.az saytı xəbər verir ki, "Airport" oteldə klub rəhbərliynin iştirakı ilə keçirilən təqdimetmə mərasimində 5 yeni futbolçu jurnalistlər qarşısına çıxıb. AZAL PFK-nın prezidenti Vaqif Qasımov onlara çempionatda çıxış edəcəkləri futbolkaları təqdim edib. Beləliklə, beloruslu Gennadi Blizniuk 20, latviyalı Ritus Krjauklis 6, serbiyalı Mensur Limani 16, bolqar Enyo Krastovçev 24 və həmyerlimiz Cavid Rəhimov 18 nömrə altında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə