\"Rabitə\"dən \"qızıl\" qələbə

Azərbaycan təmsilçisi "Rabitə" voleybol klubu bu gün Çempionlar Liqasının I pley-off mərhələsinin cavab görüşündə Çexiyanın "Modranska" komandası ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində baş tutmuş oyunu avstriyalı Eugen Kulhanek və ukraynalı Viktor Kozlovski idarə edib. Matçda komandamız rəqibə heç bir şans verməyərək qələbə qazanıb. İlk setdə 25:21 hesabı ilə üstün olan təmsilçimiz ikinci setdə 2 xal fərqi ilə rəqibi geridə qoyub-25:23. Üçüncü hissədə isə \"Rabitə\" daha asan qələbə qazanıb-25:19. Həlledici-\"qızıl set\"də isə komandmız 15:11 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Xatırladaq ki, komandamız bu klubla səfərdə ilk oyununda 2:3 hesabı ilə məğlub olmuşdu.


Nəzərinizə çatdıraq ki, "Rabitə" II pley-off mərhələsində Polşanın "Bank BPS Fakro" klubu ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB