"Xəzər Lənkəran" 12 futbolçunu sifariş etdi

"Xəzər Lənkəran" 12 futbolçunu sifariş etdi

"Xəzər Lənkəran" klubu qış transfer dövründə 12 futbolçunun, həmçinin həkim və məşqçinin adını əlavə sifariş vərəqəsinə daxil edib. Siasport.az saytı xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Əlavə sifariş vərəqəsinə salınmışların adlarını nəzərinizə çatdırırıq:

Müdafiəçilər: Şəhriyar Xəlilov, Manuel Skarlataçe, Kosmin Fransinesku, Bruno Simao Martins

Yarımmüdafiəçilər: Andrey Mureşan, Hristu Çiaku, Adrian Pit, Nicolae Musat, Julius Vobay, İbrahima Banqura, Elnur Abdullayev

Hücumçu: Viktorio Piturka

Həkim: Yurie Çeptene

Məşqçi: Marius Qoqalniçeanu

Bütün xəbərlər Facebook səhifəmizdə