"Mən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Bilirəm ki, Azərbaycanda çoxlu sayda "Neftçi" azarkeşi var. Bu çox sevindirici haldır ki, "Neftçi"nin azarkeşləri günü-gündən artır". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"PFK-nın baş məşqçisi Arif Əsədov fanatlarla görüşdə deyib. O, komandnın öz oyunu, qazandığı nəticələrlə sadiq azarkeşlərinin ümidlərini doğruldacağını qeyd edib. "Rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunmuşuq. Komandamız yüksək səviyyədə hazırlıq keçib. Bilirəm ki, hamı "Xəzər Lənkəran"la oyunu gözləyir. Bizdə öz növbəmizdə bu məsuliyyəti dərk edirik. Komandanın üzvləri həmin oyunda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər", - deyə o əlavə edib.
Daha sonra komandanın Türkiyədəki təlim-məşq toplanışında çox ağır məşqlər keçdiyini vurğulayan baş məşqçi, bunun bəhrəsinin qarşıdakı oyunlarda görəcəklərini vurğulayıb. Onun sözlərinə görə, zaman keçdikcə komanda formalaşır, səviyyəli legionerlərlə yanaşı, gənc futbolçulara da yer verilir: "Onlar "Neftçi"nin gələcəyidir. Artıq Ruslan Qurbanov, Cavid İmamverdiyev, Mirhüseyin Seyidov, Tərlan Quliyev və digər gənclər əsas heyətdə çıxış edirlər. Flaqmanın böyük gələcəyi var, inşallah bunu özünüzdə görəcəksiz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB