Artıq Aleks de Souzanı əbədi "Fənərbaxça"lı adlandırmaq olar. Siasport.az saytı xəbər verir ki, dünən İstanbulun "Fənərbaxça" futbol klubu ilə daha 2 illik müqaviləyə imza atan braziliyalı futbolçu bildirib ki, 2004-cü ildən bu yana formasını geydiyi "Fənərbaxça"nı özünə doğma yuva hesab edir. 7 ildir ki, İstanbul klubunun heyətində çıxış edən Aleks De Souza deyib ki, danışıqlara başladığım ilk andan bildim ki, "Fənərbaxça" mənim üçün doğma yerdir. Bu məqamda braziliyalının İstanbulda qalmasının daha bir sirri də üzə şıxıb. Sən demə Aleks De Souzanın "Fənərbaxça"da qalmasında ailəsinin də az rolu olmayıb: "Mən bu müddət ərzində bir sıra təklifləri saf-çürük edib dəyərləndiməklə məşğul idim. Amma açığını deyim ki, qəlbimdə yenə "Fənərbaxça" arzusu əsas yer tuturdu. Çünki burada olduğum 7 il ərzində hər kəslə bir ailə kimi qaynayıb-qarışmışıq. Menim ailem de özünü burada güvəncli hiss edir. Braziliyaya dönmək fikrim hələ mövcud deyil. Açığı ailəmin burada özünü rahat hiss etməsi də məmim İstanbulda qalmağımda əsas amildir."-deyə "Fənərbaxça"nın braziliyalı forvardı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB