ŞOK! Babək Quliyev “Futbol saatı”ndan kənarlaşdı

Azərbaycan teleməkanının ən populyar futbol verilişi "Futbol saatı"nda qəfil dəyişiklik baş verib. Siapsort.az saytının Penatli.az-a istinadən verdiyi xəbərə görə, hakimliklikdən uzaqlaşdırıldıqdan sonra "Xəzər" TV-dəki emosional çıxışları, sərt tənqidləri ilə bir çoxlarının rəğbətini qazanan sabiq FIFA referisi verilişdən ayrılıb.

Babək Quliyevi əvəzləyəcək persona isə daha çox maraq doğurur. Quliyevin vaxtaşırı işində "çepe" tutduğu, hər fürsətdə "yıxıb-sürüdüyü" Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bundan sonra hər həftə efirə çıxacaq. Bu radikal dəyişikliyi zəruri edən səbəblər hələ ki, məlum deyil. "Futbol saatı"nın digər şərhçiləri - jurnalist Ürfan Məmmədli və veteran futbolçu Kamal Quliyevin sonrakı taleyi isə qeyri-müəyyənlik içindədir.
Babək Quliyev də xəbəri təsdiqləyib. Quliyev verilişdən öz istəyi ilə ayrılmadığını bildirib: "Bu kanal rəhbərliyinin qərarıdır. İstədiklər ki, yeni mövsümdən verilişdə yeni simalar olsun. Məni Xaqani Məmmədovun əvəzləyəcəyindən xəbərim yoxdu. Nə deyirəm, xeyirli olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə