Quti indi də aktyorluq edəcək

Belə görünür ki, vaxtilə "Real Madrid"in əfsanələrindən biri olmuş, hazırda isə İstanbulun "Beşiktaş" futbol klubunda çıxış edən Quti Fernantez futboldan başqa Türkiyədə öz başqa istedadlarını da sınaqdan keçirmək niyyətindədir. Siasport.az saytı xəbər verir ki, əvvəlcə bir neçə reklam rolikində çəkilən məşhur ispaniyalı futbol ulduzu, indi həm də aktyor kimi özünü sınamaq qərarına gəlib. Türkiyənin idman mətbuatı xəbər verir ki, "Beşiktaş"ın ulduz futbolçusuna bir kino şirkəti tərəfindən yüksək maliyyə şərti ilə filmdə kiçik fraqmentli rola çəkilmək təklif edilib. İspaniyalı futbol ulduzunun İstanbuldan yaxşı xatirələrlə yanaşı çoxlu pulla da geri dönmək istəyi onu bu təklifi qəbul etməyə vadar edib. Artıq "Real"ın keçmiş əfsanəsi "Beşiktaş" futbol klubunun rəhbərliyinə rola çəkilməsi üçün ona icazə verilməsi barədə xahişlə müraciət etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə