İstanbulun "Beşiktaş" klubunun portuqaliyalı ulduz futbolçusu Kuarejma "Real Madrid"də çıxış edən həmyerlisi Kriştiano Ronaldonun "Barselona"nın argentinalı futbolçusu Leonel Messidən daha yaxşı futbolçu olduğunu bildirib. Siasport.az saytı xəbər verir ki, "Record" portalına müsahibə verən portuqaliyalı futbolçu qey edib ki, həm K.Ronaldo, həm də L.Messi böyük futbolçulardır. Amma o seçim edəndə həmyerlisi K.Ronaldoya üstünlük verir: "Onların hər ikisi şübhəsiz ki ulduz futbolçulardır. Onlar adlarını dünya futboluna əbədi olaraq yazdırmış insanlardır. Amma mən L.Messiyə nisbətən K.Ronaldonu daha texnikalı və bacarıqlı futbolçu hesab edirəm. K.Ronaldonun texnikalı oyunu bütün dünyanın gözü qarşısındadır. Mənim seçimim hər zaman K.Ronaldo olub",-deyə "Beşiktaş"ın ulduz futbolçusu fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB