Prezident İlham Əliyev Tovuz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib-FOTOLAR

Prezident İlham Əliyev Tovuz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib-FOTOLAR
Fevralın 9-da Tovuzda Olimpiya-İdman Kompleksi istifadəyə verilib. Siasport.az sayt xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və kompleks ilə tanış olub.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın beynəlxalq yarışlardakı uğurlarını əks etdirən fotoguşə yaradılıb.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, nazirliyin sifarişi əsasında tikilmiş, Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 710 tamaşaçı yeri olan əsas idman salonu yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları və köməkçi otaqlar da var. Kompleksdə voleybol, basketbol meydançaları, tennis kortu və stadion da olacaq. Tikinti işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitlə yaxından tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.
\"\"
\"\"
\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə