Bakıda Formula-1 üzrə Avropa Qran-Prisi çərçivəsində keçirilən GP2 yarışları yekunlaşıb. SİA-nın məlumatına görə, GP2 seriyası üzrə ikinci (son) yarışın qalibi "Prema Racing" komandasının pilotu Antonio Covinatsi olub. O, 1:56:439 nəticə göstərib. A.Covinatsinin komanda yoldaşı Pyer Qasli ikinci, ART Grand Prix" komandasın pilotu Sergey Sirotkin isə üçüncü olub. Qalib pilotları Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov və digərləri mükafatlandırıb.
Qeyd edək ki, A.Covinatsi GP2 seriyası üzrə ilk yarışda da qalib gəlmişdi.
Yarışda ilk beşlikdə qərarlaşan pilotlar:
1.Antonio Covinatsi ("Prema Racing") - 1:56:439
2. Pyer Qasli ("Prema Racing") - 1:58:275
3. Sergey Sirotkin ("ART Grand Prix") - 1:57:185
4. Cordan Kinq ("Racing Engineering") -1:55:793
5. Artyom Markelov ("Russian Time") - 1:58:678
Bütün xəbərlər Facebook səhifəmizdə