Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub. SİA-nın məlumatına görə, qəza nəticəsində daha 3 pilot mübarizəni dayandırıb.
Daha əvvəl səkkizinci döngədə isveçli Cimmi Eriksson mübarizəni dayandırmışdı. Onuncu döngədə isə Filo Pas Armand və Norman Nato trasdan çıxıblar. Hazırda 22 pilotdan 15-i yarışmaya davam edir.
Xatırladaq ki, ötən gün birinci yürüşdə "Prema" komandasının italiyalı pilotu Antonio Covinatsi qələbə qazanıb.
Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB