Qonaqlar F-1 Şəhərciyində Azərbaycan mədəniyyəti ilə tanış olurlar FOTOLAR
Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisinin F-1 Şəhərciyində yarışa bilet almış insanların əyləncəsi üçün hər cür şərait təmin olunub. SİA-nın məlumatına görə, Dənizkənarı Bulvar ərazisində yerləşən əyləncə zonasında fəaliyyət göstərən guşələrdən biri də Azərbaycan Mədəniyyəti Guşəsidir. Burada qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirləri ilə - xalça toxuma, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araxçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış olurlar. Həmçinin, şəhərimizin qonaqları milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını dadırlar.




.jpeg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB