Avropa Qran-Prisinin sıralama yürüşü start götürüb

Avropa Qran-Prisinin sıralama yürüşü start götürüb

Bakıda Formula-1 üzrə Avropa Qran-Prisinin sıralama yürüşü start götürüb. SİA-nın məlumatına görə, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparır.

"Mercedes" komandasının heyətində Luis Hamilton və Niko Rosberq, "Ferrari"də Sebastian Fettel ilə Kimi Raykonnen, "Uilyams"ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. "Red Bull Racing" komandasında Daniel Rikkardo və Daniil Kvayt, "Force İndia"da Niko Hulkenberq ilə Serxio Peres, "Renualt"da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Maks Ferstappen və Karlos Sains, "Sauber"də Markus Erikson, Felipe Nasr, "McLaren"də Fernando Alonso və Censon Batton yürüşdə iştirak edirlər. Pilotlar Paskal Verlyayn və Rio Haryanto "Manor", Roman Qrojan və Esteban Qutyerres isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Sıralama yürüşündə pilotlar bir saat ərzində 6 km-lik Bakı trekində yarışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə