"Qəbələ" "Everton"a məğlub olub

"Qəbələ" "Everton"a məğlub olub

Avropa futbolu ilə yaxından tanışlıq və təlim-məşq məqsədilə İngiltərədə səfərdə olan "Qəbələ"nin 14 yaşadək futbolçularından ibarət komandası "Dumanlı Albion"da 2-ci oyununa çıxıb. Siasportşaz saytı xəbər verir ki, Azərbaycan klubunun bu dəfəki rəqibi "Everton" olub.
"Everton" təmsilçimizin qarşısına 14 yaşlılarla deyil, 15 yaşlı futbolçularla çıxıb. Rəqibin heyətində bir neçə 16 yaşlı futbolçu da yer alıb. Matçın nəticəsində də bu amil - yaş və təcrübə faktoru böyük rol oynayıb. Bir gün öncə "Mançester Yunayted"lə üzləşən və "Everton"la oyuna yorğun çıxan həmyerlilərimiz qarşılaşmadan 0:4 hesablı məğlubiyyətlə ayrılıb.
"Everton"un əsas komandasının məşq etdiyi "Finç Farm" meydançasında baş tutan qarşılaşmaya rəqib düşərgəsində böyük maraq olub. Matçı izləyənlər arasında "Everton"un əsas heyətində köməkçi məşqçi kimi çalışan Deyv Bellovs və klubun akademiya meneceri Martin Valdronun olması bu fikri bir daha əsaslandırır.
Qarşılaşmadan sonra "Qəbələ" rəsmiləri ilə "Everton" rəhbərliyi arasında işgüzar görüş keçirilib. Toplantıda tərəflər arasında əlaqələrin genişləndirilməsi, "Everton"dakı infrastruktur imkanlarının Qəbələdə tətbiqi məsələləri müzakirə olunub.
Qeyd edək ki, "Everton" bir müddət əvvəl millimizin üzvü Araz Abdullayevi transfer edərək, yaya qədər "Neftçi"yə icarəyə verib.


Bütün xəbərlər Facebook səhifəmizdə